Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

Rekord.az xəbər verir ki, final seriyasının dördüncü matçında "Sabah" klubu "Xəzri"ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.

Komanda ötən mövsümdə də Azərbaycan çempionu olub.

"Sabah" hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədir.

Klublar üç qələbə qazanana qədər oynayırlar. "Xəzri" hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.