Azərbaycan basketbolçuları AÇ-yə hazırlaşırlar
- 02 İyn 2023 23:36
- 336
İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 yığma komandaları Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.
Rekord.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.
U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyulda Kosovonun Priştina və 29 iyul - 6 avqust aralığında Bakı şəhərlərində keçiriləcək Avropa çempionatının "C" divizionlarının oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışı 15 iyuna qədər davam edəcək.