Azərbaycan bədii gimnastları iyulun 12-14-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, yarışın mükafatları uğrunda Zöhrə Ağamirova və İlona Zeynalova mübarizə aparacaq.

Onlar məşqçilər Kamil Quliyev və Akif Kərimlinin rəhbərliyi altında güclərini sınayacaqlar.

Səbinə Hacıyeva Azərbaycanı hakim qismində təmsil edəcək.