18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start verilib.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış fərdi və komandalar arasında baş tutacaq.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparır.

İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızların birinciliyində isə 36 kq, 48 kq və 63 kq çəkilərdə qaliblər müəyyənləşəcək.