Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular
- 18 May 2024 22:52
- 341
Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirən Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar.
Rekord.az xəbər verir ki, millinin heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi olub.
O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.
Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.
Daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) 3-cü yeri tutublar.