Azərbaycan boksçuları üçün Fərqanə sınağı
- 20 May 2022 10:20
- 609
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Rekord.az xəbər verir ki, yığma mayın 20-24-də Özbəkistanın Fərqanə şəhərində keçiriləcək yarışda gücünü yoxlayacaq.
Komandamız turnirə baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi altında yollanıb.
Yarışda ölkəmizin idman şərəfini Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Murad Seyidli (60 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyev (70 kq) qoruyacaqlar.
Turnirdə Fikrət Hacıyev isə referilər arasında yer alacaq.
Milli Vətənə mayın 26-da qayıdacaq.
Yarış sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində təşkil olunacaq Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Mayın 12-dən Bakıda başlayan təlim-məşq toplanışı turnirdən sonra da davam edəcək və boksçularımızın bir neçə yarışda iştirakı planlaşdırılır.