Azərbaycan boksçularından AÇ-də 4 medal
- 20 Okt 2024 20:55
- 118
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, yığmamız qitə ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kq çəkidə çıxış edən boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kq) isə üçüncü yeri tutub.