Azərbaycan boksçusu AÇ-də bürünc medal qazandı
- 23 İyn 2021 10:30
- 757
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Rekord.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.
Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov yarımfinalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib və finala rəqib yüksəlib. Nəticədə Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.