Azərbaycan boksçusu AÇ-də gümüş medal qazandı
- 23 Mar 2022 18:41
- 591
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final döyüşlərinə start verilib.
Rekord.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə öncə Ruslan Qədirov (54 kq) çıxıb.
Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
Nəticədə Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Qədirovadək Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final döyüşünə axşam seansında çıxacaq.