Azərbaycan boksçusu “Adriatik incisi” turnirinin qalibi oldu
- 11 Mar 2024 14:45
- 218
Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
Rekord.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan boksçu finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığma üzvü gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu çıxış edib.