Azərbaycan boksçusu Avropa birinciliyində 1/8 finala yüksəldi
- 07 Apr 2024 21:11
- 281
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
57 kq-da Məhəmmədli Aşırəliyev 1/16 finalda Françesko Krusillanı (İtaliya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
O, növbəti görüşünü aprelin 9-da irlandiyalı Martin Makdonaha qarşı keçirəcək.
Aşırəliyevdən fərqli, Məhəmmədəli Qasımzadə (60 kq) yarışla vidalaşıb. O, Cemmal Mohamed Ali Camelə (Fransa) 2:3 (28:29, 30:27, 29:28, 28:29, 27:30) hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.