Azərbaycan boksçusu finala vəsiqə qazandı
- 22 Avq 2023 21:31
- 351
Azərbaycan boksçusu Tural Sarıyev Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.
Rekord.az xəbər verir ki, 51 kq çəkidə rinqə çıxan yığma üzvü yarımfinalda Andrey Solovyovu (Rusiya) məğlub edib.
Sarıyev 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, həlledici görüşə avqustun 24-də çıxacaq.
Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) 1/2 finalda Anel Kudayberqenlə (Qazaxıstan), Şəmsi Şahbazov (71 kq) Karlos Zarrameda (Venesuela) ilə üz-üzə gəlib. Hər 2 qarşılaşmada rəqib finala yüksəldiyindən təmsilçilərimiz bürünc medala sahib olublar.
Azərbaycan boksçularından Nicat Hüseynov (54 kq), Fərhad Şeydayev (75 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) da festivalda final üçün döyüşəcəklər.