Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.

Rekord.az xəbər verir ki, 16-cı turun sonuncu qarşılaşması Mingəçevirdə gerçəkləşib.

"Kür" çempion "Qarabağ"ı qəbul edib. Meydan sahibləri rəqibini 36:26 hesabı ilə üstələyib.

Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb.