Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub. Rekord.az xəbər verir ki, son yarış günündə ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşib.

Böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova top və lentlə hərəkətlərdə Azərbaycan çempionu olub.

Halqa ilə hərəkətlərdə Arzu Cəlilova, gürzlə hərəkətlərdə isə Alina Gözəlova qızıl medal qazanıb.

2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində top, halqa və lentlə hərəkətlərdə Mədinə Dəmirova, gürzlə hərəkətlərdə isə Gövhər İbrahimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər

Topla hərəkətlər

1. Zöhrə Ağamirova
2. Arzu Cəlilova
3. İlona Zeynalova

Halqa ilə hərəkətlər

1. Arzu Cəlilova
2. Zöhrə Ağamirova
3. İlona Zeynalova

Gürzlə hərəkətlər

1. Alina Gözəlova
2. Zöhrə Ağamirova
3. Arzu Cəlilova

Lentlə hərəkətlər

1. Zöhrə Ağamirova
2. Arzu Cəlilova
3. Kamilla Əliyeva

Gənclər

Topla hərəkətlər

1. Mədinə Dəmirova
2. Gövhər İbrahimova
3. Ləman Əhmədli

Halqa ilə hərəkətlər

1. Mədinə Dəmirova
2. Gövhər İbrahimova
3. Fəxriyə Əliyeva

Gürzlə hərəkətlər

1. Gövhər İbrahimova
2. Mədinə Dəmirova
3. Məyəm Əliyeva

Lentlə hərəkətlər

1. Mədinə Dəmirova
2. Ləman Əhmədli
3. Gövhər İbrahimova