Azərbaycan çempionatına yekun vuruldu
- 08 Okt 2023 12:30
- 398
Böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb.
Rekord.az xəbər verir ki, oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib:
Komanda yarışları
Qadınlar:
1. Sumqayıt – 1
2. Bakı -1
3. Sumqayıt – 2; Bakı -2
Kişilər:
1. Bakı -2
2. Bakı – 3
3. Bakı – 1; Sumqayıt
Şəxsi yarışlar
Qadınlar:
1. Ləman Abdulhəmidova
2. Məryəm İmanova
3. Mərziyyə Nurmətova; Aylin Əsgərova
Kişilər:
1. Hilal Həsənov
2. Nihad Məmmədov
3. Vəzir Allahverdiyev; Adil Əhmədzadə
Qoşa yarışlar
Qadınlar:
1. Ləman Abdulhəmidova – Zemfira Mikayılova
2. Aylin Əsgərova – Mərziyyə Nurmətova
3. Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə
Kişilər:
1. Hilal Həsənov – Onur Quluzadə
2. Vəzir Allahverdiyev – Nihad Məmmədov
3. Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı
Qarışıq qoşa
1. Əliverdi Şahgəldiyev – Məryəm İmanova
2. Adil Əhmədzadə - Mərziyyə Nurmətova
3. Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.