Azərbaycan çempionatına yekun vuruldu
- 04 Dek 2023 18:30
- 230
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, son yarış günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb.
600-ə yaxın idmançının qatıldığı ölkə çempionatına paytaxtla yanaşı bölgələrdən ümumilikdə 50-ə yaxın komanda qatılıb. Yarışın qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinni sədri Həmid Məmmədov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar yığma komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.