Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşdı
- 12 Yan 2022 23:11
- 526
Kişi boksçular arasında Azərbaycan çempionatında ikinci günün döyüşləri başa çatıb. Rekord.az xəbər verir ki, 29 komandanın qatıldığı yarışda bu gün 18 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.
60 kq, 71 kq, 75 və 86 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 80 kq çəki dərəcəsində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Sabah – çempionatın üçüncü günündə isə 17 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən yarışa yanvarın 15-də yekun vurulacaq.
Azərbaycan çempionatı
60 kq
Tayfur Əliyev (Naxçıvan) – Əsədulla Camaləddinov (“Səbail” İK) – 5:0
Ramiz Məmmədov (“Neftçi” İK) – Ramazan Abdullayev (Balakən) – 0:5
Camal Səfərli (Masallı) – Cavad Aslanov (Şabran) – 0:5
Fərid Mahmudov (“Qəbələ” İK) – Fuad Tarverdi (“Qızıl Əlcək” İK) – ikinci nokautla qalib gəlib
71 kq
Kənan Şükürov (DGK İK) – Niyaməddin Allahverdiyev (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib
Xəzər Əliyev (“Qəbələ” İK) – Ruslan Məmmədov (“Kür” İK) – 5:0
Rəşad Həsənov (BFL) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 5:0
Laçın Balakişiyev (DİN İK) – Nicat Həsənov (BFL) – 0:5
75 kq
Mirşərif Kazımzadə (“Zabit” İK) – Türkeş Mustafayev (BFL) – 5:0
Rəhim Əliyev (“Qızıl Əlcək” İK) – Elvin Məhərrəmov (“Məhsul” İC) – 5:0
Tural Hüseynov (“Səbail” İK) – İsmayıl Hüseynov (BFL) – 0:5
80 kq
Kamran Şahsuvarlı (“Qəbələ” İK) – Babək Xanlarov (DGK İK) – ikinci döyüşə gəlməyib
Elşad Şahbazov (“Sərhədçi” İK) – Cabbar İsmayılov (Sumqayıt) – 5:0
Elmar Abdullayev (Z-1 İK) – Elmir Süleymanov (BFL) – birinci döyüşə gəlməyib
86 kq
Eldar Quliyev (“Neftçi” İK) – İlyas Mehdiyev (Tərtər) – birinci tam üstünlüklə qalib gəlib
Elcan Alıkişiyev (“Sərhədçi” İK) – Rüfət Nəbiyev (Ağdaş) – 0:5
Heydər Məmmədov (Gəncə) – Absəddin Şəmsəddinov (Qəbələ) – ikinci döyüşə gəlməyib
Aqil Hüseynov (DGK İK) – Sürət Qarayev (“Səbail” İK) – ikinci tam üstünlüklə qalib gəlib