Azərbaycan çempionatında bir ilk yaşanacaq
- 08 Mar 2024 21:25
- 347
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək bu birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil etdiyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcək. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər də müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.
Birincilikdə medal qazanan idmançılar müvafiq yığma komandalara cəlb ediləcək.