Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Rekord.az xəbər verir ki, 29 komandanın 109 boksçusunun iştirakı ilə təşkil edilən yarışın beşinci günündə yarımfinal görüşləri baş tutub.

8 çəki dərəcəsində 16 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionatın sonuncu günündə 8 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı
5-ci günün nəticələri

52 kq
Ramazan Babayev (“Gömrükçü” İK) – Yadigar Əliyev (DİN İK) – 0:5
Salman Əlizadə (“Sədərək” İK) – Maqsud Xasmetov (“Abşeron” İK) – 2:3

57 kq
Tayfur Əliyev (“Sədərək” İK) – Fuad Tarıverdiyev (“Qızıl əlcək” İK) – 5:0
Kənan Əliyev (“Sədərək”) – Ümid Rüstəmov (DİN İK) – birinci döyüşə gəlməyib

63 kq
Ruslan Rüstəmov (DİN İK) – Malik Həsənov (DİN İK) – 5:0
Kamran Orucov (Z-1) – Cavid Çələbiyev (“Qəbələ” İK) – birinci döyüşü davam etdirə bilməyib

69 kq
Vüsal Əliyev (Sumqayıt) – Röyal Buludov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
Sərxan Əliyev (MOİK) – Elməddin İsmayılov (MOİK) – 5:0

75 kq
İsmayıl Hüseynov (MOİK) – Amin Kuşkov (“Sədərək” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Fərid Qəribov (“Qızıl əlcək” İK) – Mirəşrəf Kazımzadə (DİN İK) – ikinci tam üstünlüklə qalib gəlib

81 kq
Cəbrayıl Yelekov (“Sədərək” İK) – Cabbar İsmayılov (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib
Kamran Muradov (DİN İK) – Sürət Qarayev (DİN İK) – ikinci tam üstünlüklə qalib gəlib

91 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Eldar Quliyev (“Sədərək” İK) – 5:0
İsmayıl Yaqubov (“Sədərək” İK) – Sadiq Səmədov (“Qəbələ” İK) – 1:4

+91 kq
Asəf Aslanlı (DİN İK) – Fuad Cəfərov (DİN İK) – ikinci döyüşə gəlməyib
Gülhüseyn Ağazadə (DİN İK) – Elşən Hüseynov (“Qızıl əlcək” İK) – 5:0