Azərbaycan çempionatında ilk medalçı bəlli oldu
- 12 May 2024 23:09
- 200
Kişi həndbolçuların Azərbaycan çempionatında sonuncu - 20-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyunda “Azəryol” və “Qarabağ” komandaları üz-üzə gəliblər.
Bürünc medalların taleyinin həll olunduğu görüşə turnir cədvəlində rəqibi iki xal qabaqlayan “Azəryol” daha rahat çıxıb.
Belə ki, nominal ev sahibini 1 xal da qane etdiyi halda, “Qarabağ” mütləq qələbə qazanmalı idi.
37:35 hesabı ilə qalib gələn “Azəryol” 30-cu, yubiley çempionatının bürünc medallarına sahib çıxıb.