Azərbaycan çempionatında növbəti oyunlar baş tutub
- 14 Mar 2024 10:52
- 295
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu dəfə həm qadınlar, həm də kişilərin Yüksək Liqasında bir oyun baş tutub.
"Murov Az Terminal" klubunun idman zalında təşkil olunan matçda kişi voleybolçulardan ibarət MOİK və "AZERRAIL" üz-üzə gəlib. Oyun çempionatın liderinin üstünlüyü ilə keçib. Heç bir çətinlik çəkməyən "AZERRAIL" meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qadınların birinciliyində isə UNEC və "Abşeron" qarşılaşıblar. UNEC-in idman zalında baş tutan bu oyun "Abşeron"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yüksək Liqa
Qadınlar
UNEC - "Abşeron" 0:3 (8:25, 10:25, 19:25)
Kişilər
MOİK - “AZERRAIL” 0:3 (13:25, 20:25, 10:25)