Qadın və kişi voleyboçuların Yüksək Liqasında üçüncü yer uğrunda və final oyunlarının tarixləri bəlli olub. "Rekord.az" xəbər verir ki,  Yüksək Liqada bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 19, 20, 21, 22, 24, 25 aprel tarixlərində keçiriləcək.

Qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “AZERRAIL” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “AZERRAIL” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar. 

Qeyd edək ki, üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

 Aprelin 24-də və 25-də final oyunlarından dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma mərasimi baş tutacaq.


Yüksək Liqa

Üçüncü yer uğrunda oyun

19 aprel

Qadınlar (birinci oyun)

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”

GİN-nin Voleybol Mərkəzi


Üçüncü yer uğrunda oyun

20 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” 

Kişilər (birinci oyun)

17:00. “Neftçi” - “Xilasedici”

GİN-nin Voleybol Mərkəzi


FİNAL

21 aprel

Qadınlar (birinci oyun)

15:00. “AZERRAIL” - “Abşeron”

Üçüncü yer uğrunda oyun

Kişilər (ikinci oyun)

17:00. “Xilasedici” - “Neftçi”

GİN-nin Voleybol Mərkəzi


Final

Kişilər (birinci oyun)

22 aprel

15:00. “AZERRAIL” - “Murov Az Terminal”

GİN-nin Voleybol Mərkəzi


Final

24 aprel

Qadınlar (ikinci oyun)

15:00. “AZERRAIL” - “Abşeron”

Mükafatlandırma mərasimi (Milli Gimnastika Arenası)


Final

Kişilər (ikinci oyun)

25 aprel

15:00. “Murov Az Terminal” - “AZERRAIL” 

Mükafatlandırma mərasimi (Milli Gimnastika Arenası)