Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi
- 20 Apr 2024 15:30
- 394
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 9-cu turun partiyaları oynanılıb.
Rekord.az xəbər verir ki, qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.
Çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyliylə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə və Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.
Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.
Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı 4-cü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq.
İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.