![photo](https://www.rekord.az/storage/news/2025_02_15/1739469975_7f3a928e_35b5_3b3e_a0b3_97b37295c7b1_850_1739565046.jpg)
Azərbaycan çempionatının mükafatçıları bəlli oldular
- 15 Fev 2025 19:30
- 100
Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.
Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.