Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, sonuncu turda Mingəçevirdə yerli "Kür" komandası "Bakı"nı qəbul edib.

Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. Meydan sahibləri 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı.

Rəqibini 23:18 hesabı ilə üstələyən "Kür" Azərbaycan çempionu olub. Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.