Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb.

İlk üçlüyü "Bakı-2" və "Mingəçevir" komandaları qapayıblar.

Qızlar arasında isə "Bakı-2", "Bakı-1" və "Bakı-3" kollektivləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.