Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi olub.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, makedoniyalı Boban Mitev bu posta gətirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.

Xatırladaq ki, “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.