Azərbaycan çempionu ÇL-ə qələbə ilə başladı
- 21 Avq 2024 20:20
- 136
"Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”la üz-üzə gəlib.
İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 7:1.
Azərbaycan çempionunun heyətində Covanni Valerio het-trik edibsə, Kənan Manafov, Aleksandar Yaniç, Amadeu və Emil Həsənzadə hərəyə bir qol vurublar.
"Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.