“Azərbaycan çempionu olmaq istəyirəm”.

Rekord.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Qalen Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Xaçmaz təmsilçisinə yeni transfer olunan 25 yaşlı oyunçu keçidini dəyərləndirib: “NTD-İndiqo”nun bir hissəsi olmaqdan məmnunam. Agentim mənə dedi ki, Azərbaycandan təklif var. Onu qəbul etməyə qərar verdim”.

Basketbolçu yeni komandasına titullar qazanmaqda kömək etmək istədiyini söyləyib: “İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur. Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndiqo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı. Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.

Son olaraq Gürcüstanın “Kavkasia” klubunda çıxış edən Qalen Smit “NTD-İndiqo” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.