Qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün Bakı İdman Sarayında "AZERRAIL" və "Abşeron" arasında final matçı keçirilib. 

Gərgin keçən qarşılaşmada "AZERRAIL" 3:1 hesabı ilə qalib gəlib. 

Beləliklə, 2023/2024 illər mövsümündə Yüksək Liqada "AZERRAIL" qızıl medal, "Abşeron" gümüş medal, "Murov Az Terminal" isə bürünc medal qazanıb.