
Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir
- 05 Mar 2025 16:00
- 54
Azərbaycan Cüdo Federasiyası (ACF) kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna başlayır.
Rekord.az xəbər verir ki, növbəti belə yarış martın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə üç belə yarışın təşkili planlaşdırılır. Yekunda idmançıların reytinq siyahısı formalaşacaq.