Azərbaycanın üç cüdoçusu İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Rekord.az xəbər verir ki, sözügedən yarışda ölkənin qadın idmançıları mübarizə aparacaqlar.

48 kq-da Ramilə Əliyeva, 57 kq-da Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa Kuboku oktyabrın 14-15-də reallaşacaq. Turnirə 35 ölkədən 378 idmançı qatılacaq.