Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla bitirdilər
- 09 Okt 2021 18:21
- 645
Azərbaycan cüdoçuları İtaliyanın Olbiya şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.
Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Əvvəlki yarış günlərində Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanmışdı.
Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.