Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışına qatılıblar
- 17 Okt 2024 20:20
- 231
Azərbaycanın qadınlardan ibarət cüdo millisi İspaniyanın Malaqa şəhərində oktyabrın 14-dən 19-dək davam edəcək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, hazırlıq prosesində 7 idmançı çıxış edir.
Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı noyabrın 15-dən 17-dək Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.