Azərbaycan cüdoçuları İsrailə yola düşdülər
- 15 Fev 2022 18:00
- 568
Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində növbəti mötəbər yarışa İsrail ev sahibliyi edəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçuları 17-19 fevral aralığında Təl-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar.
Dünyanın 34 ölkəsindən 309 idmançının qatıldığı turnirdə Azərbaycan millisinə baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, komandamız turnirə bu heyətlə yollanıb:
-60 kq
Kəramət Hüseynov
Balabəy Ağayev
-66 kq
Yaşar Nəcəfov
-73 kq
Rüstəm Orucov
Hidayət Heydərov
-81 kq
Murad Fətiyev
-90 kq
Məmmədəli Mehdiyev
Rüfət İsmayılov
-100 kq
Zelym Kotsoyev
Elmar Qasımov
+100 kq
Uşangi Kokauri