Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Koimbra Avropa Kubokunda iştirak edəcək.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-dən, 26-dək Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda 23 ölkədən 547 idmançı qüvvəsini sınayacaq.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qızlar
48 kq. Diana Eldarova, Nuranə Hacızadə
52 kq. Aysun Məmmədova, Səmayə Yusifli
57 kq. Aytən Verdiyeva

Oğlanlar
60 kq. Fərid Qarayev, Özqan Quliyev, Nihad Rəhimov
66 kq. Ümüd Qurbanov, Ramil Mahmudov, Kənan Sadıqov, Səlim Sultanov
90 kq. Hüseyn Eyvazlı