Sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. 

Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.

Yarışdan sonra, idmançılarımız 12-17 sentyabr tarixlərində Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

- 60 kq
Rövşən Əliyev
Nazir Talıbov

- 66 kq
Orxan Səfərov
Yaşar Nəcəfov
Kəramət Hüseynov

- 81 kq
Səid Mollayi
Zelim Tckayev
Rüstəm Orucov

- 90 kq
Murad Fətiyev

- 100 kq
Zelim Kotsoyev
Məmmədəli Mehdiyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov