Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri Çexiyanın Nymburk şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında qatılıb.

Rekord.az xəbər verir ki, martın 11-dən 15-dək Avropa Cüdo Birliyinin təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışında Azərbaycanın 38 idmançısı iştirak edib.

Təlim-məşq toplanışı Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.