Azərbaycan cüdoçuları Yaponiyada təlim düşərgəsində iştirak edir
- 26 Noy 2023 23:15
- 327
Azərbaycanın cüdo üzrə milli yığma komandası 11 noyabrdan etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 18 üzvü qatılıb. Hazırlıq prosesi noyabrın 28-nə qədər davam edəcək.
Cüdoçularımız noyabrın 11-dən 21-dək Tokay Universitetində təlim düşərgəsində iştirak ediblər. Cüdoçularımız təlim-məşq toplanışını noyabrın 21-dən etibarən isə Tsukaba Universitetində davam etdirəcəklər.
Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.