Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
- 27 İyn 2022 11:00
- 491
Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan turnirdə gənc qız və oğlanlardan ibarət 7 idmançı ilə təmsil olunub.
48 kq çəki dərəcəsindəsində yarışan idmançımız Könül Əliyeva turniri gümüş medalla başa vurub. 63 kq-da yarışan Aytac Qardaşxanlı isə Avropa kubokunun bürünc medalını qazanıb.
Beləliklə, Azərbaycan yığması Banya Lukada ümumilikdə 2 medal qazanıb.