Azərbaycan cüdoçuları İtaliyanın Liqnano şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medala sahib olub.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə oğlanlar arasında 2 çəki dərəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 66 kq-da Məhəmməd Musayev isə bürünc medal əldə edib.