Azərbaycan cüdoçularından beynəlxalq turnirdə 3 medal
- 17 Sen 2023 23:09
- 397
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar.
Rekord.az xəbər verir ki, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib.
O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar.
Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub.