Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start
- 19 May 2024 17:29
- 284
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə start veriblər.
Rekord.az xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxıb.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.