Azərbaycan cüdoçularından Rusiyada 3 gümüş, 1 bürünc medal
- 30 İyn 2024 18:00
- 238
Bu gün Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk şəhərində keçirilən VII Asiya uşaqlarının beynəlxalq idman oyunlarının cüdo yarışları start götürüb.
Rekord.az xəbər verir ki, cüdo yarışlarının ilk günündə Azərbaycan cüdoçuları 3 gümüş və 1 bürünc medal qazanıb.
Oğlanlar arasında -46 kq. çəkidə Anar Quliyev, -50 kq. çəkidə Məhəmməd Rüstəmli və -55 kq. çəkidə İlkin Qarayev gümüş medal əldə edib. Qızlar arasında -40 kq. çəkidə Günəş Hüseynova bürünc medala sahib olub.