Azərbaycan cüdoçularından Rusiyada daha 2 medal
- 01 İyl 2024 23:00
- 242
Azərbaycan cüdoçuları “Asiya Uşaqları” Oyunlarının ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, oğlanlar arasında 66 kq çəkidə Əli Hümbətov qızıl medal əldə edib.
60 kq-da isə Özqan Quliyev bürünc medala sahib olub.
“Asiya Uşaqları” Oyunları Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda keçirilir.