Azərbaycan cüdoçularının Düsseldorf toplanışı başa çatdı
- 27 Fev 2020 20:20
- 1192
Gələcək beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.
Rekord.az xəbər verir ki, dörd günlük hazırlıq prosesində aparıcı cüdoçularımız iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. Ümumilikdə Düsseldorf toplanışında dünyanın 86 ölkəsindən 800-dən çox cüdoçu iştirak edib.
Qeyd edək ki, cüdoçularımız mart ayında Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.