Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan yığma komandası yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar

-48 kq. 
Leyla Əliyeva - Katharina Tanzer (Avstriya)

-52 kq. 
Gültac Məmmədəliyeva - Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə

-57 kq. 
Acelya Toprak - Nino Loladze (Gürcüstan)
Fidan Əlizadə - İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə

Kişilər

-60 kq. 
Balabəy Ağayev - Vicay Kumar Yadav (Hindistan)
Turan Bayramov - Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi

-66 kq. 
Ruslan Paşayev - Qiqi Otyaşvili (Gürcüstan)
Rəşad Yelkiyev - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

-73 kq. 
İbrahim Əliyev - Mark Xristov (Bolqarıstan)

-81 kq. 
Məhərrəm İmamverdiyev - Asad Masabirov (Qırğızıstan)
Ömər Rəcəbli - Tomas Morales (Argentina)

-90 kq. 
Elcan Hacıyev - Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları)
Vüqar Talıbov - Aleks Barto (Slovakiya)

+100 kq. 
Uşanqi Kokauri - Marvin Qadeo (Monako)
Camal Qamzatxanov - Şoxruxxon Baxtiyorov (Özbəkistan)