Azərbaycan cüdoçusu Avropa çempionatında ikinci oldu
- 09 Noy 2021 16:00
- 545
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan idmanşısı Ramilə Əliyeva gümüş medala yiyələnib.
Rekord.az xəbər verir ki, mötəbər yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz polşalı Paulina Zlaşta və portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andreya Stojadinova məğlub olub və ikinci yeri tutub.
Qeyd edək ki, noyabrın 7-dək davam etmiş qitə çempionatında 38 ölkədən 297 cüdoçu (171 kişi, 126 qadın) mübarizə aparıb. Azərbaycan komandası nüfuzlu yarışda 8 idmançı və 1 hakim ilə təmsil olunub.
Beynəlxalq dərəcəli hakimimiz Nazim Umbayev Avropa Cüdo Birliyinin təyinatı ilə bu mötəbər yarışın hakimlər briqadasına daxil olunub. Ədalət təmsilçimizə obyektiv və peşəkar hakimliyinə görə bir-neçə çəki dərəcəsində həlledici final və bürünc medal görüşlərini idarə etmək etimadı göstərilib.