Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bakhrom Boturova qalib gəlib.


Bu gün tatamiyə çıxan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itiriblər.


"Böyük Dəbilqə" martın 2-də başa çatacaq.