Azərbaycan cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.

Bununla da qran-priyə yekun vurulub. Daha əvvəl Əhməd Yusifov 60 kq çəki dərəcəsində gümüş mükafata yiyələnmişdi.